Az-Carpet

Plitka tipli rezin tametlər 50x50

Plitka tipli rezin tametlər poliüretan yapışdırıcı vasitəsilə döşəməyə tətbiq edilir. Fərqli rənglərdə və ölçülərdə istehsal olunması mümkündür. Zərbəyə davamlıdır, yıxılma zamanı yaralanmanı əngəlləyən qoruyucu döşəmə növüdür. İdman zalı üçün döşəmə dedikdə ilk ağıla gələn döşəmə növlərindəndir.

Plitka tipli rezin tametlər harada istifadə olunur?

  • İdman zalı
  • Gəzinti yolları və oyun meydançaları
  • Uşaq baxçası
  • Məktəb
  • Reabilitasiya və müalicə mərkəzləri

Plitka tipli rezin tametlərin özəllikləri

Məsaməli quruluşu sayəsində üzərində su saxlamır və yağışdan sonra fəaliyyətə imkan verir. Kiçik hissələr halında olduğu üçün zədələnmiş məhsulları tez və asanlıqla təmir etməyə imkan verir. Zədələnmiş olan məhsullar yenisi ilə əvəz olunur, zərər isə ən az xərclə aradan qaldırılır. Yüksək elektrik müqavimətinə malik rezin materiallar 2,5 mm qalınlığında olduqda səsi izolyasiya edir. Səssizliyin tələb olunduğu yerlərdə istifadə üçün də uyğundur.

Plitka tipli rezin tametlərin təmizliyi

Quru və yaş paspas ilə silmək, yumaq olar. Səthinə qələvi təmizləyicilər tətbiq edildikdə 5 dəqiqədən artıq qalmamalıdır. Bu, döşəmənin səthinin zərər görməsinə səbəb ola bilər.